XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2019 - 20:44

İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb- Səbəb

İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Facebook”dakı hesabında məlumat verilib.

“İstifadəçilərin nəzərinə çatdırılır ki, texniki problemlərə görə Konsulluq tərəfindən viza verilməsi proseduru veriləcək yeni məlumata qədər dayandırılır. Təəssüflər olsun ki, 18 noyabr tarixinə qədər olan gedişlər üçün viza sorğularının qəbulu mümkün olmayacaq”, – deyə səfirliyin məlumatında bildirilir.