XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

07 Noyabr 2019 - 20:26

Avropa Kuboku:Azərbaycan karateçiləri 3 qızıl medal qazandılar

Azərbaycan karateçiləri Macarıstanın Monor şəhərində vodokay növü üzrə 47-ci Avropa Kubokunun fərdi yarışlarında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

Azərbaycan Karate Federasiyasından Strateq.az-a verilən məlumata görə, Azərbaycan millisi də komanda yarışında qızıl mükafata sahib olub.

Gündüz Mahmudovun rəhbərlik etdiyi komandanın heyətindən Musa Məmmədov (14-15 yaşlı yeniyetmələr, 63 kq) və Fərid Ağayev (16-17 yaşlı gənclər, 76kq) fərdi yarışda birinci yeri tutub.

Rəsul Abbasov (14-15 yaşlı yeniyetmələr, 57 kq), Abbas Dadaşov (16-17 yaşlı gənclər, 68kq) və Adil Quliyev (16-17 yaşlı gənclər, 76kq) gümüş, Kənan Babayev (16-17 yaşlı gənclər, 68kq) isə bürünc medalla kifayətlənib.

Namiq Pirverdiyevin baş məşqçi olduğu Fərid Ağayev, İlknur Elmuradov, Abbas Dadaşov və Kənan Babayevdən ibarət yığma isə komanda turnirinin qızıl medalını qazanıb. Karateçilər Macarıstanı 2:0, İtaliya və Şotlandiyanı 2:1, final görüşündə isə Almaniyanı 2:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Vidadi Mahmudov yarışın hakimlərindən biri olub. Avropa Kuboku uğrunda 15 ölkədən 600-dən artıq karateçi mübarizə aparıb.