XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 09:42

Qurban Qurbanov:"Hələ heç nə bitməyib"

“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

47 yaşlı mütəxəssis futbolun belə bir fərqli oyun olduğunu bildirib: “Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodumuz olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”. (Report)