XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 14:15

Bakıda iki mağaza satıcısı cərimələnib –Yeniyetmələrə siqaret satdığına görə

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – M.Musayev və Ə.Axundov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.