XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 17:16

Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edilib –ADY

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.

Qurumdan verilən məlumata görə, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.

Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.