XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 20:31

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb

“İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki Küveyt vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: “Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib”.

H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur. (report)