XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 21:32

ECO-nun Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək –Sabah

Sabah Antalyada (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization – ECO) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

İclasda həmçinin Türkiyə, İran və Pakistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır. Tərəflər regional vəziyyət, ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadilələri aparacaqlar. Bundan başqa, ikitərəfli görüşlər də nəzərdə tutulur.

ECO beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə Təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Təşkilatın bugünkü tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO Günü kimi qeyd olunur. (report)