XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2019 - 09:20

Hacıqabulda ağır yol qəzasında ölən şəxslərin kimliyi müəyyən edilib –FOTO

Biləsuvar rayonunda yerləşən Cəbrayıl köçkün qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Qərib Məmməd oğlunun idarə etdiyi “Xəzər” markalı 14 BF 094 dövlət nömrə nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq qəza törədməsi nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər İmişli sakini, Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı, Cəbrayıl sakini, 1977-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı hadisə yerində ölüblər. Sürcü yüngül xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. /APA