XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2019 - 12:30

Kürdəmirdə yol qəzası baş verib:xəsarət alanlar var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını ilə “Niva” markalı avtomobil toqquşub. Nəticədə “Niva”nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri – Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır. /Report