XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2019 - 13:10

Vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib –Hesablama Palatası

Hesablama Palatası gömrük orqanları xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin yığımı prosesinin daha da təkmilləşdirilməsi məqsədilə elektron informasiya sistemində xarici ticarətin iştirakçılarının dövlət büdcəsi ilə hesablaşmalarının uçotunun aparılmasında “şəxsi hesab vərəqəsi” prinsipinin tətbiq olunmasını təklif edib.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, borc və artıqödəmə məbləğlərinin, eləcə də gömrük ödənişlərinin (ödənişləri həyata keçirən şəxslərin) gömrük bəyannamələrinə uyğun uçotunun təşkil olunması məqsədəmüvafiq hesab olunur: “Ümumilikdə isə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) mütləq şərtdir. Bu baxımdan da konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının təsdiq olunması zərurəti yaranır”. /APA