XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 08:34

Sabah Bakıda hava necə olacaq? – [color=red] Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, dağlıq ərazilərdə isə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-3 dərəcəyədək isti olacaq.