XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2019 - 13:39

ETSN-in “Sahil” restoranına qarşı iddiası qismən təmin edilib –Məhkəmə

Sumqayıt İnzibati-İqtisasi Məhkəməsində Ekologı̇ya Və Təbii Sərvətlər Nazı̇rlı̇yı̇n 4̇ saylı Regı̇onal Ekologı̇ya və Təbii Sərvətlər İdarəsinin “Sahil” istirahət mərkəzinin (restoran) rəhbəri Elnur Həşı̇mova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zaur Pirverdiyevin icraatında olan iddia “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədədir.

Məhkəmə nazirliyin iddiasını qismən təmin edib. Qərara əsasən, “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi Həşimov Elnur Həşim oğluna həvalə olunub.

İddianın cavabdehin öhdəliyi yerinə yetirənədək restoranın fəaliyyətinin dayandırılması barədə hissəsi isə təmin edilməyib. (Report)