XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2019 - 16:36

Talış kəndinə 42 erməni ailəsi qaytarılıb
Bu günlərdə 3 il öncə Aprel savaşının ən qaynar nöqtələrindən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndinə onlarla erməni ailəsi köçürülüb.
Bu haqda Rusiya mediası informasiya yayıb. Xəbərdə deyilir ki, erməni icma rəhbərliyinin noyabrın 8-ə verdiyi məlumata görə, hazırda kənddə 42 ailə yaşayır. Bundan qabaq həmin ailələr müvəqqəti Alaşan kəndində məskunlaşıblar. Bu ilin avqustunda Talışda cəmi 4 ailə və 20 ailə başçısı yaşayıb.
Aprel savaşından sonra erməni diasporunun dəstəyi ilə kənddə dağılmış binaların bərpası başlayıb. Ermənilərin kəndə geri qaytarılması 2018-ci ilin sentyabrına nəzərdə tutulsa da, bu baş tutmayıb. (Moderator.az)