XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2019 - 17:58

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb –Milli Turizm Administrasiyası

Ötən ay Azərbaycandan Gürcüstana 119 540 nəfər səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 8 585 nəfər və ya 7,7% artıb.

Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 120 978 nəfərlə Ermənistan, üçüncü yerdə isə 118 252 nəfərlə Rusiya qərarlaşıb.

Oktyabr ayında qonşu ölkə, ümumilikdə, 782 670 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. (Report)