XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 11:45

Müslüm Maqomayevin həyat yoldaşının səhhəti pisləşib –Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib

Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

“REN TV” xəbər verir ki, 76 yaşlı sənətçi hazırda kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir.

Həkimlər müayinədən sonra əməliyyat və ya konservativ müalicə barədə qərar verəcəklər.

Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın “Şərəf” ordeni və IV dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunub/Report.