XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2019 - 19:44

Beynəlxalq turnir:Azərbaycan karateçiləri 2 medal qazanıblar

Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.

Məlumata görə, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

Beynəlxalq hakimlər – Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib/Report.