XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 12:23

Musavatın “qiyamçı” rayon təşkliatları buraxılıb: Rəhbərlik qovulub –QƏRAR

musavat.jpg

Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın üzvləri Rahib Mirələmov və Əli Qasımlı partiya sıralarından xaric edilib.

“Report”un xəbərinə görə, bu gün partiya Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib. Toplantıda partiya qərargahı önündə keçirilən piketin təşkilatçılarının fəaliyyəti müzakirə edilib. Müzakirələrin yekununda Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin, Rahib Mirələmovun və Əli Qasımlının nizamnamə qaydalarını pozduğuna görə partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Bundan əlavə Suraxanı və Ucar Rayon təşkilatlarının seçkili orqanları buraxılıb, Suraxanı təşkilatında 12, Ucar təşklialtında isə 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər. Piketdə partiyanın Suraxanı və Nizami rayon təşkilatları fəallıq göstəriblər.