XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 17:43

Ərdoğan təcili toplantı çağırdı, [color=red]Davudoğlu Hollandiyaya səfərini təxirə saldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorçuluqla mübarizə və bölgədəki vəziyyətlə bağlı təcili müşavirə çağırıb.

Müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya səfərini təxirə salıb.

Apa.az