XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2019 - 11:32

Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndə heyəti ilə görüşüb –Müzakirə

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və SECO arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv imkanları, ölkənin investisiya və iqtisadi rəqabət mühiti, həmçinin Vergilər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.