XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2019 - 15:34

Ceyhun Bayramov 3 nazirlə görüşdü –Parisdə müzakirə + FOTO

YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransada rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov bir sıra ikitərəfli görüşlər keçirib.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, o, Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiyanın Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.