XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2019 - 17:28

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərdi –Mətn

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.