XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 21:42

Avropa çempionatı:Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Strateq.az xəbər verir ki, millimiz Lixtenşteyni qəbul edib.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da “Dalğa Arena”da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.