XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2019 - 10:14

“Bakıda binada baş verən yanğına görə xəstəxanaya yerləşdirilənlər evə buraxılıb” –Nazirlik

Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: “5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.