XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 08:07

BP-nin vitse-prezidenti BANM-də – [color=red]”Təhlükəsizlik və əməliyyat riskləri”ndən danışıldı

bp-bnm.jpg

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (Robert Watt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” ("Təhlükəsizlik və əməliyyat riskləri") mövzusunda təqdimatla çıxış edib.

BANM-dən strateq.az-a verilən məlumata görə, təqdimatdan öncə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq, Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb.

O bildirib ki, Ali Məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var. O, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot  öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib. Bu qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açıb. O, tələbələrə belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edib.

Sonda Robert Vot tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.