XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2016 - 08:42

Ziya Məmmədovdan əmr: [color=red]Nazir dəmir yolları ilə bağlı qərarını ləğv etdi

Nəqliyyat Nazirliyi "Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.

Bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.  

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixldə imzaladığı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.

Report.az