XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2019 - 17:29

“Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar” –Qaret Beyl

“Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, zamanla özümü yaxşı hiss edəcəyəm”.

Bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 30 yaşlı hücumçu bildirib ki, millidə oynamaq həmişə şərəfdir: “Burada olanda çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Bakıda ilk dəfədir oluram. Azərbaycan millisinin son oyunlarında inkişafı görmək olar, 5 – 10 il əvvəllə müqayisədə fərq var. Rəqib yaxşı təşkilatlanmış komandadır. Bizi qarşıda iki vacib oyun gözləyir”.

İspaniyanın “Real Madrid” klubunun formasını geyinən oyunçu komanda yoldaşı Aaron Remsi barədə də danışıb: “Remzinin qayıdışı və bizimlə birgə olacağı çox gözəl haldır. O, böyük komandada çıxış edir. Belə davam etsə, “Yuventus”da möhkəmlənəcək”. (Report)