XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 18:03

Bu il 259 gənc xaricdə təhsil almaq hüququ qazanıb –Təhsil Nazirliyi

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, bu tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4,  ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.