XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 08:52

Dövlət Komitəsinin nəzdində iki yeni qurum yaradılır – [color=red]Aparat rəhbəri

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.

Bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir:

"Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır”.

A.Əşrəfov həmçinin bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellasiya Şurası yaradılıb.

Şuraya A.Əşrəfov rəhbərlik edəcək. Şuranın tərkibinə 6 nəfər daxildir.

Trend.az