Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 823,603 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.
Hesabat dövründə qonşu ölkə, ümumilikdə, 1 215,8 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 67,7%-i Azərbaycanın payına düşüb.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi 243,35 milyon kilovatt/saata bərabər olub. Bunun 12,046 milyon kilovatt/saatını Azərbaycan alıb.
Yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 94,63 milyon kilovatt/saat elektrik enerjisi tranziti həyata keçirib. (Report)