Paytaxt polisinin Cinayət-Axtarış İdarəsinə rəis təyin olundu –Nazirdən yeni əmr
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.
BakuPost-un məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi Tərxan Əhmədov gətirilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.