XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2019 - 16:01

Sumqayıt zavodunda zəhərlənmə- SOCAR məsələyə aydınlıq gətirildi

“Üstay” şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departmamentinin rəis müavini İbrahim Əhmədov Sumqayıtda zavodda zəhərlənmə ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, əməkdaşlar müayinə üçün “Unikal” klinikasına göndərilib:

“Onlardan 10 nəfəri ambulator müalicəyə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib”.

O bildirib ki, onların özünü pis hiss etmələrinin səbəbi məlum deyil: “Müəssisələrdə qaz sızması qeydə alınmayıb. Bitişik ərazidə olan SOCAR əməkdaşları özlərini yaxşı hiss edir, heç bir problem müşahidə olunmur”.

Hələlik hadisənin səbəbləri məlum deyil.