XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 09:40

Bakıda avtomobil körpüdən aşıb –Sürücü tapılmır + FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.

“Ravon” markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb.

Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.

Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır. /APA