XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 13:00

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strateq.az-a  verilən məlumata görə, axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-8° isti, gündüz  11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65  % olacaq.

Noyabrın 18-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə  və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.