ölkə başçısının göstərişi ilə minik avtomobili hədiyyə olunan 100 yaşlı veteran Bilal Əliyev qələbə günündə daha bir yubiley sevincini yaşadı.
ANS PRESS-in məlumatına görə, prezidentin imzası olan yubiley medalı 100 yaşlı ağsaqqalın sinəsinə taxıldı.
Bilal Əliyev İsmayıllı rayonunda veteranlar arasında ən yaşlısıdır. Bilal baba 70 il əvvəl 1918-ci ildə erməni daşnaqları tərəfindən atasının qətlə yetirildiyi, keşməkeşli həyat yaşadığını xatırlayır.
Bilal Əliyevin 7 övladı, 27 nəvəsi, 67 nəticəsi və 21 kötükcəsi var. Bilal baba son beşik övladı və onun ailəsi ilə yaşayır. 100 illərin tarixini özündə yaşadan qəhrəmanımızın övladları ataları ilə fəxr etdiklərini bildirdilər.