Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Lada Priora” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2107” aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır. /Report