XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 21:10

Bakıda 2 avtomobil toqquşub:xəsarət alan var

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Qəza Hövsan qəsəbəsində baş verib.

“Opel” markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /APA