Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.
“KamAZ” markalı yük maşını ilə “Vaz 21010” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. /APA