XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 13:19

İmişlidə ovda qəzaya düşən ərəblərlə bağlı daha bir xəbər – [color=red]Polisdən açıqlama

“İmişlinin Xəlifəli kəndində ərəblərin qəzaya düşmələrinə səbəb onların avtomobili düzgün idarə etməmələri olub”.  

Bu fikri musavat.com-a açıqlamasında Xəlifəli kəndinin sahə polis müvəkkili Hüseyn Bayramov söyləyib.

O, bildirib ki, ərəblər qaydaları pozmaqla avtomobili idarə etdikləri zaman sürüşüb, su kanalına düşüblər:

“Yəni hadisə sırf həmin şəxslərin özlərinin günahı ucbatından baş verib. Ərazidə prokurorluğun əməkdaşları araşdırma aparırlar”.  

Rayon sakinləri isə bildirdilər ki, ümumiyyətlə, İmişlinin çöl sahəsində ərəblərə tez-tez rast gəlinir. Sakinlərin sözlərinə görə, onlar adətən, ov etmək üçün bu ərazilərə gəlirlər.  

Qeyd edək ki, 8 fevral tarixində gecə saatlarında bir qrup ərəb mənşəli şəxsin İmişli rayonunun Xəlifəli kəndindəki çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq, ölüblər.