XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 13:01

“Azərbaycanda 145 qadın şəxsi biznesini yaradıb” –Komitə sədri

“Azərbaycanın 8 rayonunda resurs mərkəzlərinin yaradılması nəticəsində 145 qadın şəxsi biznesini yaradıb”.

Bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb: “Qarşımızda dayanan vəzifələrdən biri sahibkar qadınlara yeni bazarlara çıxış imkanlarının yaradılmasıdır”.

Komitə sədri qeyd edib ki, qadın sahibkarlığı sahəsində bir sıra yeniliklər müşahidə edilir: “Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır. Bu isə əhalinin həyat tərzinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasına səbəb olur. Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməldir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir”. O qeyd edib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarların istehsal etdiyi məhsulların nümayişi daha da artırılmalıdır. (apa)