XƏBƏR LENTİ

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 13:45

Cəlil Məmmədquluzadənin nəticəsi:"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"

“Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim”.

Bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin Bakıya qonaq gələn nəticəsi Martin Cavanşiri deyib.

O bildirib ki, C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək onun üçün ifadə olunmaz bir hissdir: “Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir səfərdəyəm. Ümid edirəm, səfərimiz davamlı olacaq. Mən Azərbaycana heyran oldum. Azərbaycan haqqında təəssüratlarım belədir ki, ölkə həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir”.

M.Cavanşiri yaşadığı Polşada mühəndis işlədiyini bildirib. (Report)