XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2019 - 19:01

Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək –Nazirlik

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 

Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.