XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 19:14

“Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması istiqamətində işlər görülür” –Nazir müavini

“Hazırda Cəlil Məmmədquluzadənin Bakıda heykəlinin ucaldılması istiqamətində müvafiq işlər görülür”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, bu işlərin sonunda Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasına başlanacaq: “Təbii ki, heykəlin ucaldılacağı yer hələ ki, müəyyənləşdirilməyib. Ekspertlərin rəyi ilə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün Yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq. Bilirsiniz ki, buna zaman lazımdır. Çünki, əvvəla, heykəllə bağlı müsabiqə təşkil olunacaq. Müsabiqədən sonra heykəlin kimin tərəfindən hazırlanacağı məlum olacaq və yalnız ondan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq. Bilirsiniz ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasını təklif edib. Daha sonra mətbuata açıqlama verən yazıçı Anar heykəlin yerinin Mirzə Ələkbər Sabirin heykəlinin yaxınlığı olduğunu məqsədəuyğun hesab edib. (report)