XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 16:01

AMEA-da bir neçə yeni qurum yarandı, [color=red]Nobel mükafatı laureatları müzakirəyə çıxarıldı

akif-elizade-amea-yennni.JPG

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Gənclər üçün Prezident Mükafatı"na AMEA tərəfindən namizədliyi irəli sürülmüş və seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşa AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin 2015-ci ilin yekunlarına dair hesabatları dinlənilib. Hər iki bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verilib. Hesabat ilində əldə olunmuş mühüm nailiyyətlər diqqətə çatdırılıb.

İclasda "Azərbaycan Milli Elmlər Akademiyasının "Alimlər Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsis edilməsi haqqında akademik Akif Əlizadə çıxış edib.

Akademik bildirib ki, AMEA-nın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə AMEA-da yeni qurumun – "Alimlər Evi"nin yaradılmasına ehtiyac yaranıb. Bu məqsədlə AMEA Rəyasət Heyətinin nəzdində "Alimlər Evi" MMC təsis edilməsi qərara alınıb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verib. Akademik bildirib ki, İslam dini ilə bağlı dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir: “Bu gün Azərbaycanda oynanılan “Çövkən”, “Padşah”, “Aşıq-aşıq”, “Pəhləvan”, “Cıdır” və s. oyunların digər İslam ölkələrində də yayılması Azərbaycan xalqının bu dövlətlərlə bir sıra ortaq dəyərləri bölüşdüyünə bariz nümunədir. 2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının təşkili mühüm addımlardandır”.

İ.Həbibbəyli İslam coğrafiyasında oyun mədəniyyətinin araşdırılmasının elmi və ictimai-mədəni baxımdan vacib məqamlardan olduğunu söyləyib.

Bunları nəzərə alaraq, Rəyasət Heyəti 2016-cı ilin iyun-iyul aylarında AMEA Ədəbiyyat və Folklor institutlarının təşkilatçılığı ilə "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" beynəlxalq konfransının keçirilməsi ilə bağlı qərar qəbul edib. Növbəti qərarla Nizami adına Ədəbiyyat İnstitutunda Təhsil şöbəsi yaradılıb.

Məsələ ilə əlaqədar çıxış edən akademik İsa Həbibbəyli vurğulayıb ki, magistratura üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, doktorant və dissertantların test proqramlarının tərtibi, imtahanların test üsulu ilə aparılması institutda Təhsil şöbəsinin yaradılması zərurətini ortaya çıxarıb. İ.Həbibbəyli institutun Təhsil şöbəsinin elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların, magistrların elmi fəaliyyətinin, təhsilinin, o cümlədən institutun ali məktəblərlə əlaqələrinin təşkili məqsədi daşıdığını bildirib.

Akademik qeyd edib ki, şöbənin fəaliyyətinə doktorant və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanlar üçün testlərin hazırlanması daxildir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin Tədbirlər planına dair məruzə ilə çıxış edib. Akademik "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında" ölkə Prezidentinin 24 noyabr 2015-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə görülən tədbirlər haqqında məlumat verib. Tədbirlər planı Rəyasət Heyəti tərəfindən təsdiq olunub.

Tədbirdə humanitar və ictimai elmlər üzrə 2015-ci il Nobel mükafatı laureatları da müzakirə olunub.

 İclasın sonunda Rəyasət Heyəti AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Şamo Tapdıqovun Tayvan Milli Tsinq Hua Universitetinə göndərilməsi barədə qərar qəbul edib.