XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 16:34

Xəzərdə batan neftçinin meyiti tapılıb

Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

FHN-dən verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Şərifov neftçi olub. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, lakin buna baxmayaraq o, “SOCAR”ın əməkdaşı deyil: “İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb”. /APA