Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yeraltı təkanlar Lənkəran, Masallı və digər rayonlarda hiss olunub.
Zəlzələ qısa müddət davam edib.
Saat 17:45 radələrində baş verən təkanlar, əsasən, hündürmərtəbəli binalarda hiss olunub.