XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2019 - 19:50

Azərbaycan əhalisinin sayı açıqlanıb –Artım var

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub/APA.