Azərbaycan və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Strateq.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçda qalib müəyyənləşməyib – 1:1.
Hesabı 48-ci dəqiqədə Ozan Can Kökçü açıb.
Rəqibin bərabərlik qolunu isə 65-ci dəqiqədə Nazari Rusin vurub.