XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

20 Noyabr 2019 - 09:20

“Ərdoğan Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək” –İbrahim Kalın

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq.

O vurğulayıb ki, Ərdoğan sammitdə “NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək. /APA