XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

20 Noyabr 2019 - 18:57

Van Damm Azərbaycana təşəkkür edib- Qəbələdə abidəsi qoyulduğuna görə+FOTO

Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

APA-nın məlumatına görə, bununla bağlı aktyor “Facebook” səhifəsində paylaşım edib.

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm”, – deyə aktyor qeyd edib.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.