XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 10:16

“Neftçilər” metrostansiyasında [color=red]təmir başladı

“Bakı Metropoliteni”nin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq “Neftçilər” metrostansiyasında keçidlərin təmir işləri aparılır.

Bu barədə “Bakı Metropliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtaca deyib.

Onun sözlərinə görə ilk olaraq “Neftçilər” metro stansiyasının ikinci vestibül istiqamətindəki keçidlər təmir olunur. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirildikdən sonra birinci vestibül istiqamətindəki keçidlər təmir olunacaq: “Sərnişinlər təmir zamanı keçidlərdən istifadə edərək stansiyaya daxil ola bilərlər”, – deyə N.Paşayev vurğulayıb.

N.Paşayev bildirib ki, yeni layihədə təmir olunan keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması da nəzərdə tutulub.